Yayda ən riskli 5 qida qrupu və 5 infeksiya növü

SAĞLAMLIQ
16:12 / 17.06.2026
43

Yay aylarında isti və rütubətli hava bakteriya və mikroorqanizmlərin daha sürətli çoxalmasına səbəb olur. Xüsusilə açıqda saxlanılan qidalar, düzgün şəraitdə saxlanmayan məhsullar və gigiyena qaydalarına əməl edilməməsi qida zəhərlənmələrinin artmasına gətirib çıxarır. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar bu dövrdə daha yüksək risk altındadır.

HİT.az xəbər verir ki, ay istiləri təkcə istirahət mövsümü deyil, həm də infeksiya riskinin artdığı dövrdür. İsti və rütubətli hava bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Xüsusilə yay aylarında qida zəhərlənmələrində ciddi artım müşahidə olunur. Düzgün saxlanılmayan qidalar, açıqda qalan məhsullar və gigiyena qaydalarının pozulması əsas risk faktorlarıdır.

Bu dövrdə ürəkbulanma, qusma, ishal, qarın ağrısı və hərarət kimi şikayətlər daha tez-tez görünür. Uşaqlar, yaşlılar və immun sistemi zəif insanlar isə ən həssas qrup sayılır.

İnfeksion xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Dr. Dilek Leyla Mamçu xüsusilə toyuq əti, mayonezli məhsullar, dəniz məhsulları və krem əsaslı desertlərin yayda daha diqqətli istehlak edilməli olduğunu bildirir. Açıq şəkildə satılan və günəş altında saxlanılan qidalar da yüksək risk daşıyır.

Təkcə qidalar deyil, çirkli göl və çay suları da ciddi təhlükə yaradır. Bakteriya, virus və parazitlər həzm sistemi infeksiyalarına səbəb ola bilər.

Yay aylarında göz və dəri infeksiyalarında da artım müşahidə olunur.

Hovuzlar da hər zaman təhlükəsiz deyil. Müntəzəm təmizlənməyən hovuzlar qulaq, göz və göbələk infeksiyalarının yayılmasına səbəb ola bilər.

Təbiət fəaliyyətləri ilə birlikdə gənə riski də artır. Mütəxəssislər gənə aşkarlandıqda özbaşına müdaxilə edilməməsini və dərhal tibb müəssisəsinə müraciət olunmasını tövsiyə edirlər.

Parazit infeksiyaları da yayda daha asan yayılır. Yuyulmamış meyvə-tərəvəz və çirkli su əsas yoluxma mənbələrindəndir.

Risk qruplarına uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olanlar daxildir.

Sadə tədbirlər böyük fərq yaradır: əl gigiyenası, düzgün qida saxlanması, təmiz su istifadəsi və yaxşı yuyulmuş qidalar yay infeksiyalarına qarşı əsas qorunma üsullarıdır.

Samir
 

0