"Toy Tələsi” filminin qala gecəsi keçirildi - FOTOLAR

MƏDƏNİYYƏT
14:54 / 09.01.2023
1332
Park Cinema "Flame Towers”də "Toy Tələsi” filminin premyerası baş tutub.
 
Qala gecəsini çıxış sözü ilə açan filmin layihə rəhbəri və quruluşçu rejissoru Faiq Nağıyev qonaqları salamladıqdan sonra film haqqında ətraflı mlumat verib. Onun sözlərinə görə, "Toy tələsi”i real hadisələr üzərində qələmə alınıb. Kinokomediya janrında olan bu film 4 aya ərsəyə gəlib. "Bədii filmin əsas süjet xətti kinorejissorun filmlə bağlı 6 ay imkanlı iş adamının qəbuluna düşə bilməməsi, kino sahəsinə laqeyd yanaşılması ilə başlayır. İnsanları düşündürən, ibrətamiz məqamların da yer aldığı filmdə saxta elçilik və toy səhnələri də var ki, bu da tamaşaçılarda xüsusi maraq doğuracaq”. 
 
Gecədə alqış sədaları ilə qırmızı xalıdan keçərək iştirakçıların görüşünə gələn filmin yaradıcı heyəti, tanınmış aktyor və aktrisalart oynadıqları rolları haqqında mediyaya açıqlama veriblər. Daha sonra tədbirə qatılan pərəstişkarlarla xatirə fotoları çəkdirilib.
 
Musiqili təqdimatda "Ləzzət" şirniyyat evi kino izləyiciləri üçün furşet masası təşkil edib. 
 
Gənc müğənnilər  Rəvan və vokalist Orxan Cabbarov öz canlı ifaları ilə təqdimata rəng qatıblar.
 
Gecədə filmin ssenari müəllifi Yeganə Kərimzafə, baş rolların ifaçıları Rövşən Rəhmanöğlu və  Namiq Əlioğlu, eləcə də digər aktyor və aktrisalar - Vaqif Kərimov, Rəsmiyyə Nurməmmədova, Samirə Abbasova, Mehman İbadov və başqaları öz təəsüratlarını bölüşüblər.
 
Film izləyicilərin marağına səbəb olub. Sonda səhnəyə çıxan yaradıcı heyət sürəkli alqışlanıb. 
 
Qeyd edək ki, "Toy tələsi”nin quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, ssenari müəllifi Yeganə Kərimzadə, prodüsseri Gülnarə  Məmmədova, rejissoru Xəyalə Meydanovadır. Filmin bəstəkarı Sevinc Tofiqqızı, aranjiman Fərahim Sadıq, operator Savalan Həmidli, səs rejissoru Murad Kərimzadə, qrim ustası Səadət Cəlili, montajçısı Şamo Nağıyevdir.
 
Xatırladaq ki, komediyasevərlərin tammetrajlı, 90 dəqiqəlik "Toy Tələsi” bədii filmini Park Cinema-nın bütün kinoteatrlarında 2 ay müddətində izləmək imkanları var. 
 
Biletləri əldə etmək istəyənlər www.parkcinema.az saytına keçid edə bilərlər.
 











1