Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

MƏDƏNİYYƏT
11:22 / 24.10.2026
49

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən “Leyli” obrazında səhnəyə çıxacaq.

Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:

"Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun" tamaşasında oynayacağam. Tamaşa yeni quruluşda səhnəyə qoyulub. Noyabrın 14-də səhnəyə çıxacağam. Tərəf müqabilim isə Əməkdar artist Elnur Zeynalov olacaq".//Axşam.az

0