Gənc şairin imza günü keçirildi - FOTO

MƏDƏNİYYƏT
16:25 / 23.09.2024
549

Gənc yazar Zərintac Rəncibərinin kitabının imza günü keçirilib.

HİT.az xəbər verir ki, Qanun Nəşriyyatı tərəfindən çap olunan "Qırmızıdan bənövşəyiyə" adlı kitabın imza mərasimi Cığır İctimai Birliyinin sosial sahibkarlıq layihələrindən olan "Kitab bağı"nda baş tutub.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər Günay Nəriman, Faiq Balabəyli, Cığır İctimai Birliyinin təsisçisi, filologiya üzrə fəlsəfə elmləri doktoru Yeganə Mirzəyeva, şair Əzizə Ağahüseynqızı və digərləri, həmçinin şeirsevərlər iştirak edib.

Kitab şairin kiçik yaşlarından yazdığı şeir və esselər toplusundan ibarətdir, öz diliylə desək, ondan dünyaya bir xatirədir.

Qeyd edək ki, Zərintac Rəncibəri Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. İxtisasca mühəndis olsa da, onun həmişə ədəbiyyata, poeziyaya xüsusi marağı olmuş, hələ uşaq yaşlarından başlayaraq şeir və esselər yazıb. 2017-ci ildə Mahmud Kaşğari fondunun “San yarlığı” mükafatına layiq görülüb. Yeri gəlmişkən, Zərintac Rəncibəri bu mükafata layiq görülmüş ən gənc şair olub.

0