Tezliklə "CineMastercard"da Hoakin Feniks və Ledi Qaqa ilə "Coker: İkinəfərlik dəlilik" filmi

MƏDƏNİYYƏT
15:28 / 24.09.2024
450

"CineMastercard" premium kinoteatrında oktyabrın 3-dən "DC Comics" kainatının super cani haqqında trillerin davamı olan "Coker: İkinəfərlik dəlilik" filminin nümayişi başlayacaq.

Hit.az.az xəbər verir ki, filmdə "Coker" və "Harli Kvin" əsas obrazlarını amerikalı aktyor, "Oskar" mükafatçısı Hoakin Feniks və müğənni Ledi Qaqa canlandırıblar. Filmdə, həmçinin Zazi Bitz, Brendan Qlison, Ketrin Kiner, Ceykob Loflend və Qarri Louti də çəkilib.

Filmin rejissoru Todd Fillipsdir. Filmin dünya premyerası Venesiya Film Festivalında baş tutub. Müzikl tamaşaçılar tərəfindən 11 dəqiqəlik alqışlarla qarşılanıb.

"Coker"ə çevrildikdən və televiziyada canlı yayımda "Mürrey Frankl"ini öldürdükdən sonra "Artur Flek Arkham" psixiatriya xəstəxanasına yerləşdirilir və burada doktor "Harlin Kvinzel"lə tanış olur. Onlar tezliklə bir-birilərinə dəlicəsinə aşiq olduqlarını anlayırlar.

İlin ən gözlənilən filmlərindən biri olan "Coker: İkinəfərlik dəlilik"in nümayişinə özəl "CineMastercard" kinoteatrının komandası "Light in Black" kreativ komandası ilə birgə unikal videoçarx hazırlayıb. "Coker" və "Harli Kvin" filmin süjetində mövcud olan xaos, dinamik və gərgin səhnələrin mühitini yaradıblar.

Tamaşaçıların "CineMastercard" kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin "Coker: İkinəfərlik dəlilik" filmini ən son "4DX" və "ScreenX" texnologiyaları ilə "CineMastercard" kinoteatrlarında izləmək olar.

0