“Kuruluş Orhan”la bağlı ŞOK QƏRAR

MƏDƏNİYYƏT
10:22 / 01.05.2026
127

Türkiyənin “ATV” telekanalının iddialı seriallarından “Kuruluş Orhan”ın aqibəti bəlli olub.

Hit.az xəbər verir ki, layihənin bitirilməsinə qərar verilib.

Buna səbəb ekran işinin gözləntiləri doğrultmaması və reytinqlərdə çox geridə qalması olub. Artıq final tarixi də bəllidir. Belə ki, “Kuruluş Orhan” 26-cı bölümü ilə ekranlara vida edəcək. Onun yerinə isə “Aşk ve Taht” adlı yeni tarixi serialın çəkilməsi planlaşdırılır.

Aslan
 

0