Türkiyəli məşhur aktrisa Ceren Benderlioğlu ekranlara qayıtmağa hazırlaşır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Gözəl aktrisa “Yörük Kızı” serialında çəkiləcək. Sənətçi “TRT1”-də yayımlanacaq ekran işində “Şəbnəm” obrazına həyat verəcək. Onun tərəf müqabili isə Uğur Aslan olacaq.
Qeyd edək ki, Ceren Benderlioğlu karyerası ərzində “Doktorlar”, “Geniş Aile”, “Kertenkele”, “Şahsiyet”, “Börü”, “Eşkıya Dünyaya Hükümdar Olmaz” və “Eşref Rüya” kimi reytinqli seriallarda çəkilib.
Pərviz Şimşək


