Pakistanlı astronavt kosmosa uçacaq

DÜNYA
10:04 / 24.11.2026
45

Pakistanın ilk astronavtı Məhəmməd Zeşan Əlinin Çinin “Şençjou-24” kosmik missiyasına faydalı yük üzrə mütəxəssis qismində qatılacaq.

Hit.az xəbər verir ki, bununla da o, Çinin “Tiangong” kosmik stansiyasını ziyarət edən ilk xarici astronavt olacaq.

Missiya çərçivəsində pilotlu kosmik uçuşlar, elmi tədqiqatlar və astronavt hazırlığı sahələrində dəyərli təcrübə əldə edilməsi nəzərdə tutulur. Missiyanın emblemi üzərində Pakistanın milli çiçəyi olan yasəmən təsvir olunub.

0