“ATV”-nin bir serialı daha bitir

MƏDƏNİYYƏT
10:55 / 08.10.2026
222

Türkiyədə daha bir serialın ekran macərası başa çatır.

Hit.az xəbər verir ki, “Mercan Köşk”ün də aqibəti bəlli olub.

“ATV”-də yayımlanan ekran işinin bitirilməsinə qərar verilib. Layihənin reytinqlərinin kəskin şəkildə aşağı düşməsi buna gətirib çıxarıb. “Mercan Köşk”ün 7-ci bölümdə final edəcəyi açıqlanıb.

Qeyd edək ki, bu mövsüm “ATV”-nin “A.B.İ.” və “Aşk ve Taht” kimi iddialı serialları ilə bağlı da final qərarı verilib.

Pərviz

0