Bu aylarda doğulan insanlar sakit və xoşbəxt həyat üçün daha çox meyillidir

MARAQLI
23:51 / 24.11.2026
40

Bəzi insanlar həyatlarında sakitliyə, sabitliyə və rahatlığa digərlərindən daha çox üstünlük verirlər. Onlar mübahisələrdən, emosional gərginlikdən və lazımsız dəyişikliklərdən uzaq durmağa çalışır, özlərinə uyğun həyat ritmi qurmağa üstünlük verirlər.

HİT.az xəbər verir ki, Ukraynanın UNİAN nəşri “Parade” jurnalına istinadən sakit və rahat həyat tərzinə meyilli insanların daha çox doğulduğu dörd ayı açıqlayıb.

Astroloji yanaşmaya görə, fevral, iyun, sentyabr və oktyabr aylarında doğulan insanlar daxili rahatlığa və şəxsi sərbəstliyə xüsusi əhəmiyyət verirlər. Onlar bəzən mənəvi tarazlıqlarını qorumaq üçün ünsiyyət dairələrini daraltmağa, tək qalmağa və əlavə məsuliyyətlərdən imtina etməyə də üstünlük verirlər.

Fevral – azadlıq və müstəqillik

Fevral ayında doğulanlar müstəqil və sakit həyat arzulayan insanlar kimi xarakterizə olunur. Astroloji şərhlərə əsasən, Dolça və Balıqlar bürclərinin təsiri onların həm azadlığa bağlılığını, həm də emosional həssaslığını artırır. Bu insanlar öz vaxtlarını istədikləri kimi keçirməyi sevir, başqalarının gözləntilərindən asılı qalmaq istəmirlər. Ətrafdakı insanların problemlərini də dərindən hiss etdikləri üçün bəzən tək qalmağa ehtiyac duyurlar.

İyun – sakitliyə ehtiyac duyanlar

İyun ayında doğulanlar daim yeni məlumatlar öyrənməyə və fərqli işlərlə məşğul olmağa meyillidirlər. Əkizlər və Xərçəng bürclərinin xüsusiyyətlərini özündə birləşdirən bu insanlar həm intellektual, həm də emosional baxımdan həssas hesab olunurlar. Çoxsaylı işlər və düşüncələr onları tez yorur. Buna görə də daha sakit həyat tərzi onların enerjilərini bərpa etməsinə və daxili tarazlıq tapmasına kömək edir.

Sentyabr – başqalarını düşünənlər

Sentyabrda doğulanlar ətrafdakı insanların problemlərinə həddindən artıq diqqət ayıran şəxslər kimi təqdim olunur. Qız və Tərəzi bürclərinin təsiri onların həm detallara diqqətini, həm də münasibətlərdə harmoniya yaratmaq istəyini gücləndirir. Onlar münaqişələrdən yayınmağa, yaxınlarını incitməməyə çalışırlar. Lakin bu zaman öz ehtiyaclarını arxa plana keçirə bilirlər. Astroloji şərhlərə görə, onların xoşbəxtliyi üçün şəxsi istəklərinə daha çox vaxt ayırmaları vacibdir.

Oktyabr – şəxsi məkanına önəm verənlər

Oktyabr ayında doğulanlar ünsiyyətcil və insanlarla asanlıqla dil tapan şəxslər hesab olunur. Tərəzi və Əqrəb bürclərinin təsiri onların həm sosial, həm də emosional xüsusiyyətlərində özünü göstərir. Onlar yeni insanlarla tanış olmağı bacarsalar da, davamlı ünsiyyətdən yorula bilirlər. Buna görə də şəxsi məkan və tək qalmaq imkanı onlar üçün xüsusi əhəmiyyət daşıyır.

Samir
 

0