Bu gün tarixin vərəqlərində 25 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra mühüm hadisələrlə tarixə düşüb.
25 noyabr bir sıra şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin vəfatı da bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Azərbaycanda Kəlbəcər Şəhəri Günü, İndoneziyada Müəllim Günü, Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində isə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü kimi qeyd olunur. Beləliklə, tarixin 25 noyabrına nəzər salırıq.
25 noyabrda baş verənlər:
1667-ci ildə Şamaxıda 80 min nəfərin həlak olduğu zəlzələ baş verib. 1910-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Rüstəm və Söhrab” operasının premyerası keçirilib. 1983-cü ildə Ağdam şəhərində Çörək muzeyi açılıb. 2000-ci ildə Azərbaycanın paytaxtı Bakıda 7 bal gücündə zəlzələ baş verib, 26 nəfər həlak olub. 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana rəsmi olaraq geri qaytarılıb. Həmçinin, 2002-ci ildə Endeavour kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşərək bir Amerikalı və iki Rusiya astronavtını yerə endirdi. 1487-ci ildə Yorklu Elizabet İngiltərə kraliçası olaraq taclanıb.
25 noyabrda doğulanlar:
1984-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Elçin Mansurov, 1888-ci ildə dövlət xadimi Teymur Quliyev, 1918-ci ildə dramaturq İmran Qasımov, 1923-cü ildə aktyor Dadaş Kazımov və 1961-ci ildə deputat Musa Urud dünyaya gəlib.
Həmçinin, 1562-ci ildə ispan dramaturq və şair Lope de Veqa, 1609-cu ildə İngiltərə, İrlandiya və Şotlandiya kraliçası Henretta Mariya, 1835-ci ildə amerikalı və şotlandiyalı sənayeçi Endrü Karnegi, 1844-cü ildə alman mühəndis dizayner Karl Benz, 1856-cı ildə rus bəstəkar Sergey Taneyev, 1887-ci ildə rus aqronom Nikolay Vavilov, 1915-ci ildə Çilinin sabiq prezidenti Auqusto Pinoçet, 1917-ci ildə türk siyasətçi Alparslan Türkeş və 2002-ci ildə ispan futbolçu Pedri doğulub.
25 noyabrda vəfat edənlər:
2007-ci ildə azərbaycanlı şair Ağa Laçınlı, 734-cü ildə Göytürk xaqanı Bilgə xaqan, 1865-ci ildə alman səyyah Henrix Bart, 1885-ci ildə ispan kralı XII Alfonso, 1950-ci ildə danimarkalı yazıçı Yohannes Yensen, 1956-cı ildə ukraynalı ssenarist Aleksandr Dovjenko, 1970-ci ildə yapon yazıçı Yukio Mişima, 2005-ci ildə şimali irlandiyalı futbolçu Corc Best, 2010-cu ildə gürcü aktyor Givi Toxadze, 2014-cü ildə italiyalı futbolçu Aureliyo Milani, 2016-cı ildə Kubanın sabiq prezidenti Fidel Kastro və 2020-ci ildə argentinalı futbolçu və baş məşqçi Dieqo Armando Maradona vəfat edib.
Pərviz


