Bu gün gecə saatlarından başlayaraq əsən güclü külək Gəncədə irigövdəli çinar ağacının budaqlarını qırıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.
Belə ki, irigövdəli çinar ağacının böyük budağı küləyin təsirindən qırılaraq 1 fərdi yaşayış evinin, bir mağazanın damının və iki avtomobilin üzərinə düşüb.
Mağazanın tavanına və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qırılmış budaqların ərazidən daşınması istiqamətində işlər aparılır.











