Türkiyənin “Show TV” telekanalının yüksək reytinqli seriallarından olan “Kızılcık Şerbeti” serialı ilə bağlı sürpriz gəlişmə yaşanıb.
Hit.az xəbər verir ki, ekran işinin ssenaristləri ilə yollar ayrılıb.
Layihənin 1-ci bölümündən etibarən ssenarini yazan Melis Civelek və Zeynep Gür komanda ilə vidalaşıb. Buna səbəb onların serialı ərsəyə gətirən şirkətlə yaşadıqları fikir ayrılıqları olub. “Kızılcık Şerbeti”nin yeni ssenaristlərinin kimlər olacağı isə qarşıdakı günlərdə bilinəcək.
Qeyd edək ki, “Kızılcık Şerbeti” 5 mövsümdür davam edir.
Pərviz


