Elçibəyin evi belə olacaq – Oğlu danışdı

19:14 / 04.08.2020
1319

Dövlət tərəfindən təmir olunan evə hələ köçməmişəm. Hazırda Naxçıvandayam. Bakıya qayıdandan sonra atamın evinə köçməyi düşünürəm.

Bunu Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. Onun sözlərinə görə, I vitse-prezidentin göstərişi ilə təmir olunan ev atasının sağlığındakı kimi saxlanılacaq:

“Həmin evdə Əbülfəz Elçibəyin ev muzeyi də fəaliyyət göstərəcək. Ev necədirsə, elə də qalacaq. Maşını, əşyaları olduğu kimi saxlanılacaq. Muzeydən başqa nəsə fikirləşməmişəm, yəqin ki, başqa nələrsə də olacaq”.

0
Axar.az