NATO-nun baş katibi Mark Rütte ABŞ administrasiyasının dəstəyini qorumaq məqsədilə ölkənin müdafiə sektoruna yatırılan investisiyaların artırılması barədə qərar qəbul edib.
HİT.az xəbər verur ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşrin məlumatına görə, Mark Rütte iyunun 23–25-də Vaşinqtona səfəri zamanı ABŞ rəhbərliyinə NATO üzvü olan ölkələrin müdafiə xərclərinin artması barədə məlumat təqdim edib.
Baş katib həmçinin bildirib ki, alyans gələcəkdə ABŞ istehsalı olan silahların alışını genişləndirməyi və ABŞ-ın müdafiə sənayesinə daha çox sərmayə yatırmağı planlaşdırır.
Məqalədə qeyd olunur ki, Rüttenin "transatlantik sənaye inqilabı" adlandırdığı plan NATO-nun qarşıdan gələn sammitinin əsas mövzularından biri olacaq.
Alyans ölkələri ABŞ-ı Avropadakı hərbi mövcudluğunu qorumağa və bölgədəki hərbi kontingentin daha da azaldılmasından imtina etməyə inandırmağa çalışırlar.
ABŞ rəsmiləri son illərdə NATO müttəfiqlərini müdafiə xərclərinin kifayət qədər olmamasına görə dəfələrlə tənqid edib və Avropanın öz təhlükəsizliyini daha çox özünün təmin etməli olduğunu vurğulayıblar.
ABŞ dövlət katibi Marko Rubio bu ilin aprel ayının əvvəlində NATO-nu "birtərəfli hərəkət edən küçə" adlandırmışdı.
May ayının əvvəlində isə ABŞ Prezidenti Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması barədə göstəriş verib. ABŞ mətbuatının məlumatına görə, bu qərar həm Vaşinqtonla Avropa müttəfiqləri arasında münasibətlərin soyuması, həm də hərbi qüvvələrin bir hissəsinin Hind-Sakit okean regionuna yerləşdirilməsi ilə əlaqələndirilir.
Samir

