Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.
Hit.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan polisi paytaxt Tiflisdə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünü dağıdıb. Hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Bu zaman polislə insident yaşanıb. Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.
Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tiflisdə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.