Bu gün - sentyabrın 15-də Bakıda Türkiyə Prezident Administrasiyasinin Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilir.
Hit.az xəbər verir ki, tədbirin keçirilməsinin məqsədi Türk Dövlətləri Təşkilatının regional və qlobal gücünü artırmaq, türk dünyasının ortaq vizyonunu daha geniş auditoriyaya çatdırmaq və üzv dövlətlər arasında akademik, mədəni, iqtisadi və sosial qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır.
108 il öncə Bakının Osmanlı ordusu tərəfindən erməni -bolşevik qüvvələrindən azad edilməsi gününə təsadüf edən bu tədbir Türkiyə Azərbaycanın qardaşlığının bariz göstəricisidir.
Panel iclasında təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm, texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək. Əvvəlcə videoçarx təqdim olunub, ardınca isə panel çıxışları başlayıb.







