Reytinqləri azalır, Merz partiyasının dəstəyini qazanmağa çalışır

DÜNYA
13:26 / 15.09.2026
48

Saksoniya-Anhaltda Xristian Demokrat İttifaqı (XDİ) üçün uğursuz seçki nəticələrindən sonra hətta partiyalar ittifaqının yüksək vəzifəli nümayəndələri Almaniya kanslerinin dəyişdirilməsi ehtimalını müzakirə edirlər. 

HİT.az xəbər verir ki, bu mövzu sentyabrın 20-də Meklenburq-Ön Pomeraniyada və Berlində keçiriləcək seçkilərdən sonra yenidən aktuallaşa bilər. Meklenburq-Ön Pomeraniyada XDİ-nin reytinqi 7 faiz, Berlində isə 20 faiz təşkil edir və burada XDİ “Solçular” partiyası ilə eyni göstəriciyə malikdir.

“BILD”in məlumatına görə, Merz artıq seçki günü partiyanın nüfuzlu prezidiumunun dəstəyini qazanmaq niyyətindədir. Prezidiumun üzvləri XDİ-nin Berlindəki qərargahına dəvət olunublar.

Dəvət olunanlar arasında Şimali Reyn-Vestfaliya federal torpağında XDİ-nin rəhbəri Hendrik Vüst də var. Həm Vüst, həm də Bavariya Xristian Sosial İttifaqının (XSİ) lideri Markus Zöder hazırkı kansleri əvəz edə biləcək mümkün namizədlər kimi nəzərdən keçirilir.

Bununla belə, hökumət başçısının dəyişdirilməsi, Merzin böhran vəziyyətində olduğu barədə geniş yayılmış təəssürata baxmayaraq, asan məsələ deyil. Onun potensial varisləri Bundestaq fraksiyasında çoxluğun dəstəyini qazana biləcək şəxslər olsalar da, faktiki olaraq bir-birlərinin namizədliyinin qarşısını alırlar.

Samir
 

0