Tarixin 15 sentyabrı...

MARAQLI
11:00 / 15.09.2026
76

Bu gün tarixin vərəqlərində 15 sentyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bəzi mühüm hadisələrlə xatırlanır.

15 sentyabr bir sıra görkəmli şəxsin doğum və ya vəfat gününə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Beynəlxalq Demokratiya Günü, Azərbaycanda isə Bilik Günü və Bakının Qurtuluşu Günüdür. Beləliklə, tarixin 15 sentyabrına nəzər salırıq.

15 sentyabrda baş verənlər:
1918-ci ildə “Azərbaycan” qəzeti ilk dəfə nəşr olunub. Həmin gün Bakı döyüşündən sonra Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. 1935-ci ildə Nürnberq qanunları Almaniya yəhudilərini vətəndaşlıqdan məhrum edib. 1956-cı ildə Cənubi Koreya milli futbol komandası Asiya Kubokunu qazanıb. 2000-ci ildə Sidneydə XXVII Yay Olimpiya Oyunları başlayıb. 2006-cı ildə Böyük Britaniyada azərbaycan dilində nəşr edilən ilk qəzet olan “Araz” dərc olunub. 2011-ci ildə Moskva şəhərində Müslüm Maqomayevin abidəsinin açılışı olub. 2012-ci ildə Bakıda “28 Mall” ticarət mərkəzi fəaliyyətə başlayıb.

15 sentyabrda doğulanlar:
1957-ci ildə Milli Qəhrəman, şəhid Sergey Senyuşkin, 1922-ci ildə fizik, Əməkdar elm xadimi Lətif İmanov, 1955-ci ildə iş adamı Fərhad Əhmədov, 1965-ci ildə xalq artisti, Xalq artisti, müğənni Brilliant Dadaşova, 1966-cı ildə müğənni İlqar Xəyal, 1968-ci ildə Əməkdar artist, müğənni Könül Kərimova,  ildə doğulub.

Həmçinin, 1254-cü ildə italiyalı səyyah Marko Polo, 1675-ci ildə Kartli çarı VI Vaxtanq, 1857-ci ildə ABŞ-nin 27-ci prezidenti Vilyam Taft, 1890-cı ildə ingilis yazıçı Aqata Kristi, 1897-ci ildə Pakistanın 6-cı baş naziri İsmayıl İbrahim, 1904-cü ildə İtaliya kralı II Umberto, 1910-cu ildə özbək aktyoru Şükür Bürhanov, 1911-ci ildə polşalı aktrisa İrena Malkieviçz, 1914-cü ildə argentinalı yazıçısı Adolfo Bioy Kasares, 1914-cü ildə türk yazıçı Orxan Kamal, 1941-ci ildə Rusiyanın sabiq baş naziri Viktor Zubkov, 1946-cı ildə amerikalı aktyor Tommi Li Cons və 1984-cü ildə Böyük Britaniya şahzadəsi Harri dünyaya gəlib.

15 sentyabrda vəfat edənlər:
1418-ci ildə Şirvanşah I İbrahim, 2006-cı ildə xalq artisti, bəstəkar Vasif Adıgözəlov və 2007-ci ildə xalq rəssamı Elbəy Rzaquliyev dünyasını dəyişib.

Həmçinin, 1938-ci ildə sovet dövlət xadimi İsidor Baraxov, 1963-cü ildə xorvat yazıçı Slavko Kolar, 1973-cü ildə İsveç kralı VI Qustav, 1993-cü ildə rus yazıçı Yulian Semyonov, 1995-ci ildə isveç futbolçu və baş məşqçi Qunnar Nordal, 2008-ci ildə ingilis musiqiçisi Riçard Rayt və 2020-ci ildə ukraynalı heykəltəraş Nikolay Şmatko vəfat edib.

Pərviz

0