ABŞ Azərbaycan vətəndaşları üçün viza rüsumunu artırır

23:24 / 07.06.2023
409

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan vətəndaşları üçün viza rüsumunu 25 ABŞ dolları artırır.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.


Bildirilir ki, iyunun 17-dən ziyarətçi vizası daxil olmaqla, müəyyən qeyri-mühacir vizaları üçün rüsumlar 160 ABŞ dollarından 185 ABŞ dollarına çatdırılacaq.

0