"Azərbaycan Cənubi Qafqazda mühüm rol oynayır" - Politoloq

SİYASƏT
15:20 / 08.02.2024
303

"Azərbaycan Respublikası kiçik dövlət olsa da Cənubi Qafqazda mühüm rol oynayır".

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O, 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığını vurğulayıb:

"Bu qələbə bəzi dövlətlərdə qıcıq yaratdı. Çünki bu dövlətlər daima Azərbaycanı təzyiq altında saxlamaq və regionda güclü dövlət olmasını istəmirlər".

Həmsöhbətimiz Prezident İlham Əliyevin axırıncı dəfə jurnalistlərə müsahibəsi zamanı bu gün və gələcək üçün çoxlu siyasi mesaj verdiyini xatırladıb:

343359

"Dövlət başçısı Azərbaycan ideologiyasının yaxşı nəticələr verdiyini vurğuladı. Lakin həm də qeyd etdi ki, Azərbaycan üçün yeni bir ideologiya lazımdır. Bu ideologiya Azərbaycanın milli maraqlarına cavab verməlidir. Azərbaycan öz torpaqları üzərində suverenliyini tam olaraq bərpa etdi. Düşünürəm ki, dövlət başçısı yeni ideologiya deməklə Azərbaycanı üçün optimal bir ideologiya axtarır. 

Bu ideologiya ilə dövlətimiz ayaq üstündə durmalı və vətəndaşlarının qayğısına qalmalıdır. Təbii ki, yeni idelogiya mövcud geosiyasi amilləri nəzərə almaqla və Azərbaycanın milli təhlükəsizliyinə zidd olmamaqla seçilməlidir. Düşünürəm ki, İlham Əliyev yeni Prezidentlik dövründə enerji məsələlərinə də xüsusi diqqət ayıracaq".

Ekspert qeyd edib ki, Ermənistan ilə sülh müqaviləsinin imzalanması məsələsi Azərbaycanın gündəmində olacaq:

"Ancaq sülh müqaviləsinin imzalanması təkcə Azərbaycandan deyil, həm də Ermənistanın konstruktiv mövqeyindən asılı olacaq. Bu, həmçinin regionda maraqları olan böyük dövlətlər sülh üçün təhdid yaratmamalıdır. Çünki müharibədən sonra sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz regionu üçün prioritet məsələdir. Bu təhlükəsizlik üçün vacib amildir".

Rüstəm Tağızadə seçkidən sonra atıla biləcək addımlardan da söz açıb:

"Fikrimcə, yeni dönəmdə bələdiyyə instutlarında dəyişikliklər ola bilər. Təbii ki, bu instututun öyrənilməsində Türkiyə təcrübəsindən istifadə edə bilərik. Sosial sahədə yeni islahatlar vətəndaşlarımızın rifahına xidmət edəcəkdir. Dövlətimizin güclü olması üçün bütün vətəndaşlar birlik nümayiş etdirməlidir".

Pərviz

0