"Paşinyanı hakimiyyətdən göndərə biləcək iki qüvvə var" - Ekspertdən OLAY AÇIQLAMA

SİYASƏT
14:18 / 15.02.2024
306

"Ermənistanın Baş naziri Nikol Paşinyanın səlahiyyət müddəti başa çatmadan hakimiyyətdən gedəcəyini zənn etmirəm".

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Paşinyanı hakimiyyətdən göndərmək üçün ona təsir göstərən güclərin roluna nəzər salmaq lazımdır:

"Bu gün Paşinyanı hakimiyyətdən kənarlaşdıra biləcək iki qüvvə var. Birinci qüvvə təbii ki, onu iqtidara gətirənlərdir. Yəni Qərbin güclü dövlətləri tərəfindən devrilə bilər. Amma hazırkı məqamda Qərb Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq niyyətində deyil".

343869

Həmsöhbətimizin fikrincə hazırkı məqamda Paşinyan Qərbi qane edir:

"Çünki Paşinyan Qərbin çaldığı bütün havaları məharətlə oynayan siyasətçidir. Ermənistanın Baş naziri bu mənada onların maraqlarını təmin edə bilir. Üstəlik, Ermənistanla Rusiya arasında ziddiyyətlərin meydana gəlməsində Paşinyanın rolu danılmazdır. Bu isə Qərbin maraqları ilə tamamilə üst-üstə düşür".

Ekspert əlavə edib ki, Paşinyanı hakimiyyətdən kənarlaşdıra biləcək ikinci güc isə Rusiyadır:

"Rusiyanın isə hazırda Paşinyanı iqtidardan uzaqlaşdıracaq gücdə olmadığı görünür. Kreml Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilsəydi elə 2022-ci ildə keçirilən növbədənkənar seçkilərdə bu addımı atardı. 

Bu baxımdan, Paşinyanın yaxın gələcəkdə iqtidardan gedəcəyini düşünmürəm. Çünki hazırda nə Qərbin, nə də Rusiyanın Nikol Paşinyanı hakimiyyətdən göndərəcəyi gözlənilmir".

Pərviz

0