"Fransanın səfirini geri çağırması sadəcə ağılsız qərardır"

SİYASƏT
14:24 / 17.04.2024
334

Fransanın Azərbaycandakı səfiri ölkəni tərk edib. Rəsmi Paris Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb.

Fransanın Avropa və Xarici İşlər Nazirliyi məsələyə belə aydınlıq gətirib:

“Azərbaycan tərəfindən ölkələrimiz arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etməsi ilə əlaqədar Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”.

Bəs bu gərginlik hara qədər davam edəcək, hansı nəticələr verə bilər?

Hit.az-ın sualını cavablandıran siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu Fransanın anti-Azərbaycan fəaliyyətinin növbəti addımıdır. Bu hal təəssüfə layiqdir:

“Biz Qarabağ probleminin həlli üçün 25 ilə yaxın Fransanın ATƏT-in Minsk qrupunun üzvü olmasına razılaşdıq. Baxmayaraq ki, Fransa daim antitürkçü ideologiyada olub, Azərbaycana qarşı addımlar atıb. Bu 25 ildə Fransa xeyirdən çox zərər verdi. Bu gün Fransanın səfirini geri çağırmaqla bizə heç bir zərbə vurmur, bu sadəcə ağılsız qərardır. Fransa gələcəkdə münasibətləri normallaşdırmaq üçün addımlar atmalıdır, çünki bu kimi zərərli addımlar Fransanın Cənubi Qafqazdakı əməkdaşlığına zərər verəcək”,- deyə o bildirib.

Murad

0