Uşaqlara dini ad qoymaq düzgündürmü?

SOSİAL
15:49 / 15.11.2023
950

Adların bizim həyatımızdakı rolu böyükdür. Səslənişi gözəl olsa da, mənası olmayan, ya da yaxşı məna verməyən o qədər adlar daşıyırıq ki, hər dəfə o adla çağırılanda həmin mənası xoş olmayan adın təsirinə düşürük. Hətta bəzi insanlar yaşadığı uğursuzluqların səbəbkarı kimi daşıdığı adları günahkar bilir.

 Son illərdə doğulan uşaqlara ən çox dini adlar verilir. Valideynlər uşaqlara "Məhəmməd", "Fatimə", "Yusif" adlarını daha çox verməyə başlayıblar ki, digər adların istifadəsi nisbətən azalıb.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, uşaqlara ərəb və dini adların çox qoyulmasına təbii yanaşmaq lazımdır.  Azərbaycan müsəlman ölkəsidir, dinimiz islam dinidir. İnsanlar isə ad seçməkdə sərbəstdirlər: 

“Dini adlarla yanaşı, milli və türk soyundan gələn adlarımıza da üstünlük verilsin.
Uşaqların dini kimliyi ilə bərabər fərdi kimliyini düşünən valideynlər bu nüansı xüsusi olaraq diqqətdə saxlamalıdır. 

 
Qeyd edim ki, ad qoymaqla iş bitmir. Elə dəyərli, gözəl, İslam tarixində xüsusi yeri olan insanların adlarını daşıyan şəxslər var ki, nəinki sayılıb-seçilən, əksinə, qınaq obyektinə çevrilən şəxslər kimi cəmiyyətdə özlərinə mövqe tuturlar. Burada əsas məqam övladların vətənə əsil vətəndaş və mənəvi dəyərlərə hörmət edən bir fərd kimi formalaşmasına dəstək olmaqdır".

Sevinc

0