Gökhan Türkmən Bakıda konsert verəcək – Bilet QİYMƏTLƏRİ

MƏDƏNİYYƏT
11:31 / 07.10.2026
217

Türkiyəli məşhur müğənni Gökhan Türkmən Azərbaycana gələcək.

Hit.az xəbər verir ki, ifaçı paytaxtımızda konsert verəcək.

Sözgedən konsert 11 noyabrda Heydər Əliyev Sarayında baş tutacaq. Saat 20:00-da başlayacaq tədbir 90 dəqiqə davam edəcək. Bilet qiymətləri də 35 manatdan 175 manata qədərdir. Gökhan Türkmən “Büyük İnsan”, “Çatı Katı”, “Dön”, “Bir Öykü”, “Bitmesin” kimi sevilən hit və yeni mahnılarını ölkəmizdəki pərəstişkarları qarşısında canlı oxuyacaq. 

Pərviz

0