Dini ziyarət üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər?

SOSİAL
22:14 / 06.10.2026
47

Bu ilin avqust ayında turizm məqsədi ilə Azərbaycana 175 min 507 nəfər xarici ölkə vətəndaşı gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 286 nəfəri və ya 0,2%-i ölkəyə dini ziyarət məqsədi ilə gəlib.

Qeyd edək ki, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 117 nəfər və ya 69,2% artıb.

Dini ziyarət üçün Azərbaycana gələnlərin yarıdan çoxu – 157 nəfəri Rusiya vətəndaşı olub.

Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:

Rusiya – 157 nəfər;
İsrail – 55 nəfər;
Türkiyə – 31 nəfər;
Qazaxıstan – 17 nəfər;
Gürcüstan – 13 nəfər;
İran – 6 nəfər;
Türkmənistan – 3 nəfər;
Ukrayna – 3 nəfər;
Qırğızıstan – 1 nəfər.
 

0