Tarixin 7 oktyabrı...

MARAQLI
10:35 / 07.10.2026
193

Bu gün tarixin vərəqlərində 7 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bəzi mühüm hadisələrlə yadda qalıb.

Həmçinin, 7 oktyabr bir sıra görkəmli şəxsin doğum və ya vəfat günü kimi xatırlanır. Onu da qeyd edək ki, bu gün Ümumdünya Layiqli Əmək Günü, Laosda isə Müəllim Günü kimi qeyd olunur. Beləliklə, tarixin 7 oktyabrına nəzər salırıq.

7 oktyabrda baş verənlər:
2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında şiddətli Hadrut döyüşü başlayıb. Həmçinin, 1769-cu ildə britaniyalı səyyah Kapitan Kuk Yeni Zelandiyanı kəşf edib. 1806-cı ildə karbon kağızı Birləşmiş Krallıqda patentləşdirilib. 1826-cı ildə ABŞ-də ilk dəmir yolu Massaçusets ştatında açılıb. 1919-cu ildə məşhur Niderland hava yolu şirkəti KLM təsis olunub. 1952-ci ildə barkod patentləşdirilib. 1996-cı ildə isə “Fox News” kanalının ilk yayımı baş tutub. 2003-cü ildə aktyor Arnold Şvartsenegger Kaliforniyanın qubernatoru seçilib.

7 oktyabrda doğulanlar:
Həmçinin, 1748-ci ildə İsveç və Norveç kralı XIII Karl, 1885-ci ildə danimarkalı fizik Nils Bor, 1931-ci ildə CAR yepiskopu Desmond Tutu, 1952-ci ildə Rusiya Prezidenti Vladimir Putin, 1979-cu ildə türk mühəndisi və “Bayraktar” PUA-larının yaradıcısı Səlcuq Bayraqdar, 1979-cu ildə rusiyalı bədii gimnast Yana Batırşina və 1988-ci ildə ispan futbolçu Dieqo Kosta doğulub.

7 oktyabrda vəfat edənlər:
1992-ci ildə azərbaycanlı memarı, akademik Mikayıl Useynov, 1849-cu ildə amerikalı yazıçı və şair Edqar Allan Po, 1911-ci ildə ingilis nevroloq Con Cekson, 1927-ci ildə fransız rəssam Pol Serüzye, 1959-cu ildə amerikalı müğənni Mario Lanza və 1991-ci ildə italiyalı yazıçı Natalia Ginzburq vəfat edib.

Pərviz 

0