Adam ölməyə utanır...

SOSİAL
15:30 / 29.03.2024
533

“Azərbaycanın yas adətləri elə vəziyyət yaradıb ki, adam ölməyə utanır.

Düşünürsən ki, mən ölsəm ailəm yas məclisini necə yola 7verəcək. Bir günlük toy etmək ağır yük  ikən 1, 3, 7, 40 və cümə axşamı mərasimləri ilə ölü sahibi iflas əziyyətə düşür”.

Bu fikirləri Hit.az-a sosioloq Yaşar Hətəmov səsləndirib.

“Ölmək yaşamaqdan bahadır. Adam qorxusundan ölə də bilmir. Dirilər ölüləri el adəti ilə yola salmaq üçün “ölürlər”. Həm öyünmək, həm də iqtisadi mənada ölürlər.  Yas mərasimlərində mərhumun qohumları kədər içində, gələn qonaqlar  bozbaş, halva  və ya süfrəyə nə verilməsi sorağında olurlar.  Yasdır, toydur, bəlli deyil, təsəvvür edin, bir xarici gəlib bizə kənardan baxır, kimsə ölüb və biz ağlaşa-ağlaşa qonaqlıq veririk”, deyən sosioloq bu ənənənin aradan qaldırılmalı olduğunu bildirib.

Murad

0