Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi - SİYAHI

SOSİAL
19:19 / 22.10.2026
57

8 il əvvəl – 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub.

Yeniavaz.com xəbər verir ki, 2028-ci ildə 2 505 oğlan uşağına Yusif, 2 511 qız uşağına isə Zəhra adı qoyulub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Yusif adı qoyulan uşaqların sayı 1 100, 2026-cı ildə isə 537 olub. Zəhra adı qoyulan qız uşaqlarının sayı 2025-ci ildə 1 066, 2026-cı ildə isə 587-ə düşüb.

2018-ci ildə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:

Zəhra – 2 511

Yusif – 2 505

Əli – 2 128

Hüseyn – 1 926

Nuray – 1 700

Aylin – 1 606

Zeynəb – 1 600

Uğur – 1 597

Məryəm – 1 594

Ömər – 1 568

2025-ci ildə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:

Uğur – 1 721

Raul – 1 301

Melisa –1 200

Hüseyn – 1 164

Əli – 1 151

Zeynəb – 1 129

Məryəm – 1 127

Nilay – 1 112

Yusif – 1 100

Aylin – 1 095

Bu ilin əvvəlindən ötən dövr ərzində isə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:

Uğur – 1 034

Raul – 778

Melisa – 749

İnci – 714

Alisa – 687

Miran –682

Məryam – 667

Hüseyn – 662

Əli – 658

Nilay – 655

 

0