İşğaldan azad edilən ərazilərdə şəhər günün təsis olunması sevindiricidir

SOSİAL
21:58 / 19.09.2024
360

“İşğaldan azad edilən ərazilərdə şəhər günün təsis olunması sevindiricidir. Tarixi yaddaş üçün işğal günləri əhəmiyyət kəsb edir”.

Bu fikri Hit.az-a tarixçi alim Faiq Ələkbərli qeyd edib. 

O bildirib ki, yeni nəsil üçün tək faciəvi günlər deyil, eyni zamanda, torpaqların yenidən həyata qayıtdığı günləri də bilməlidir:

“Gənc nəsil əldə etdiyimiz uğurları, zəfərləri də bilməlidir”.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub.

Sevinc
 

0