Rusiya Dövlət Ermitajının baş direktoru Mixail Piotrovski muzey mütəxəssislərinin "Tavriya Venerası" heykəlinin qollarını virtual şəkildə bərpa etməyi planlaşdırdığını bildirib.
HİT.az-ın məlumatına görə, o vurğulayıb ki, ekspertlər heykəlin tam görünüşünü yalnız rəqəmsal üsullarla bərpa etməyə çalışacaqlar və real heykələ toxunmayacaqlar.
“Əsas məsələ mövcud olana toxunmamaqdır. Bütün dünyada bu barədə artıq qəti qərar verilib”, deyə Piotrovski bildirib.
Ermitajın baş direktoru izah edib ki, ictimaiyyət qədim heykəlləri bu günə gəlib çatan vəziyyətdə, yəni bəzi elementlərin itirilməsini nəzərə alaraq qəbul etməyə öyrəşib.
"Venera"nın qollarını ilk dəfə heykəl Romada tapıldıqdan sonra italiyalı restavratorlar bərpa etməyə çalışıblar. İkinci cəhd isə rusiyalı mütəxəssislər tərəfindən edilib. Hər iki restavrasiya cəhdi uğursuz hesab olunub.
"Tavriya Venerası" Rusiyada nümayiş etdirilən ilk qədim yunan heykəllərindən biridir. Heykəl I Pyotrun göstərişi ilə 1719-cu ildə satın alınıb. Heykəl uzun müddət Yay bağında, daha sonra Tavriya sarayında saxlanılıb. 1852-ci ildən isə Ermitajda nümayiş etdirilir.
Samir

