“Qaynana gəlinin qərarına müdaxilə etməmlidir” - Gəlin-qaynana münasibəti

SOSİAL
21:22 / 25.11.2024
248

Lap qədim dövrdən indiyədək həll yolu tapılmayan problemlərdən biri də gəlin qaynana münasibətidir.

İnsan yaşayışının bütün dövrlərində müəyyən olunan gəlin-qaynana davaları aktual olaraq qalır.

Maraqlıdır, ümumiyyətlə, gəlin-qaynana münasibəti necə qurulmalıdır?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Xədicə Hüseynli deyib ki, gəlin və qaynana münasibətləri, hər iki tərəf üçün bəzən çətin, amma bir o qədər də vacib bir məsələdir:

“Hər iki tərəf bir-birinə hörmətlə yanaşmalıdır. Gəlin və qaynana arasında hörmətli münasibət qurulmazsa, anlaşılmazlıq və gərginliklər yaranır. Gəlinin və qaynananın həyat təcrübələri fərqli ola bilər, buna görə də qarşılıqlı fikir ayrılıqları olduqda, qarşı tərəfin düşüncələrinə və hisslərinə hörmət etmək çox önəmlidir. Gəlin və qaynana arasında ünsiyyətin açıq olması çox vacibdir. Hər iki tərəf bir-birlərinə hisslərini, narahatlıqlarını və ehtiyaclarını açıq şəkildə ifadə etməlidir.

Müsbət nəticə əldə etmək üçün mübahisələrdə sakit və mülayim olmaq, bir-birini dinləmək və anlaşılmazlıqları həll etmək üçün söhbət etmək lazımdır. Gəlin və qaynana, həmçinin, digər ailə üzvləri ilə münasibətlərində fərdi sərhədlərini müəyyən etməlidirlər. Hər iki tərəf, bir-birinin şəxsi həyatına və qərarlarına müdaxilə etməməli, öz həyatlarında sərbəstlik təmin etməlidir”.

Murad

0