Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO

MAQAZİN
20:27 / 26.06.2026
50
Türkiyədə rəqəmsal platformada yayımlanan "Kısmetse Olur: Aşkın Gücü" yarışma proqramı Cəbubi azərbaycanlı iştirakçısı Pərinazın rəqs performansı ilə növbəti dəfə gündəmə gəlib. 
 
Qaynarinfo-nun məlumatına görə, Türkiyədə sosial şəbəkələrdə paylaşılan görüntülər qısa zamanda sərt reaksiyaya səbəb olub.
 
Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) daha əvvəl müsabiqənin qadınlar üçün "alçaldıcı və istismar xarakterli məzmun daşıması" səbəbilə inzibati cərimə tətbiq etmişdi. Həmçinin RTÜK proqramın yayımlandığı rəqəmsal platformanın kataloqundan çıxarılmasına qərar vermişdi.
 
Pərinazın rəqsini əks etdirən kadrların tirajlanması ilə proqram növbəti dəfə sosial mediada tənqid hədəfinə çevrilib. İstifadəçilər RTÜK-ün əvvəlki qərarlarına istinad edərək, müsabiqənin məzmunu ilə bağlı nəzarətin adekvatlığını şübhə altına alıblar.
 

0