Kurs diplomu ilə karyera qurmaq mümkündürmü? - VİDEO

SOSİAL
23:32 / 20.04.2026
46

Sosial şəbəkələrdə tez-tez mühasibatlıq, tibb, turizm, insan resursları üzrə fəaliyyət göstərən kursların reklamlarına rast gəlirik.

Təbii ki, "iki-üç aya peşə sahibi ol, öz karyeranı qur" kimi vədlər gənclərin diqqətini cəlb edir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşların çoxu belə kursların faydasız olduğunu bildirib.

"Peşəkar olmaq üçün universitet bitirmək lazımdır. Tibb kursuna gedən tanışım var. İynə vurmağı öyrənib, amma sistem qoşa bilməyib", - deyə sakinlərdən biri söyləyib.

Karyera məsləhətçiləri, insan resursları üzrə menecerlər bildirirlər ki, bu kursların keyfiyyəti və etibarlılığı müxtəlifdir. Bəzi kurslar həqiqətən praktiki biliklər verir və tələbələri real iş mühitinə hazırlayır. Lakin digərləri yalnız nəzəri məlumatla kifayətlənirlər. Sertifikat təqdim edilsə də, bu, əmək bazarında ciddi üstünlük yaratmır.

0