Azərbaycanda ümumi təhsil müəssisələrində bir şagirdin illik təhsilinə ayrılan xərc məktəbin statusu və fəaliyyət formasından asılı olaraq fərqləndiriləcək.
Nazirlər Kabinetinin oktyabrın 26-da qəbul etdiyi qərarda müxtəlif təhsil müəssisələri üzrə nəzərdə tutulan məbləğlər müəyyənləşdirilib. Qərara əsasən, tam orta məktəblərdə bir şagird üçün illik xərc 2000 manat, lisey və gimnaziyalarda isə 2200 manat təşkil edəcək. Ümumi təyinatlı internat məktəblərində bu göstərici 2500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3000 manat olacaq.
Sənəddə əksini tapan rəqəmlər təhsilə ayrılan vəsaitin hansı istiqamətlərə yönəldilməsi ilə bağlı sualları da aktuallaşdırıb. Şagird başına hesablanan illik məbləğin hansı xərcləri əhatə etdiyi, vəsaitin məktəblər arasında necə bölüşdürüldüyü və tədris prosesinin təminatına nə qədər pay ayrıldığı ictimai müzakirə mövzusuna çevrilib.
Xüsusilə, adi məktəblərlə internat tipli təhsil müəssisələri arasında nəzərdə tutulan fərqin hansı amillərlə əsaslandırıldığı diqqət çəkir. Bu məbləğlərin müəllimlərin əməkhaqqı, məktəblərin saxlanılması, kommunal xidmətlər, tədris vəsaitləri, şagirdlərin qidalanması və digər ehtiyaclar üzrə necə hesablandığı məsələsi isə əlavə aydınlaşdırma tələb edir.
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, şagird başına illik xərc məktəbin növünə görə dəyişəcək:

“Azərbaycanda ümumi təhsil müəssisələrində bir şagirdin illik təhsilinə ayrılan xərc məktəbin statusu və fəaliyyət formasından asılı olaraq fərqləndiriləcək. Nazirlər Kabinetinin oktyabrın 26-da qəbul etdiyi qərarda müxtəlif təhsil müəssisələri üzrə nəzərdə tutulan məbləğlər müəyyənləşdirilib.
Qərara əsasən, tam orta məktəblərdə bir şagird üçün illik xərc 2000 manat, lisey və gimnaziyalarda isə 2200 manat təşkil edəcək. Ümumi təyinatlı internat məktəblərində bu göstərici 2500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3000 manat olacaq”.
Ekspert qeyd edib ki, sənəddə əksini tapan rəqəmlər təhsilə ayrılan vəsaitin hansı istiqamətlərə yönəldilməsi ilə bağlı sualları da aktuallaşdırıb:
“Şagird başına hesablanan illik məbləğin hansı xərcləri əhatə etdiyi, vəsaitin məktəblər arasında necə bölüşdürüldüyü və tədris prosesinin təminatına nə qədər pay ayrıldığı ictimai müzakirə mövzusuna çevrilib. Xüsusilə, adi məktəblərlə internat tipli təhsil müəssisələri arasında nəzərdə tutulan fərqin hansı amillərlə əsaslandırıldığı diqqət çəkir.
Bu məbləğlərin müəllimlərin əməkhaqqı, məktəblərin saxlanılması, kommunal xidmətlər, tədris vəsaitləri, şagirdlərin qidalanması və digər ehtiyaclar üzrə necə hesablandığı məsələsi isə əlavə aydınlaşdırma tələb edir”.
Sevinc


