Numeroloqların iddialarına görə, insanın doğulduğu ay deyil, ayın hansı günündə dünyaya gəlməsi onun xarakterik xüsusiyyətləri və xüsusi istedadları barədə simvolik məlumat verə bilər. Bu yanaşmaya əsasən, hər doğum tarixi müəyyən bir qabiliyyətlə əlaqələndirilir.
HİT.az xəbər verir ki, doğum tarixləri doqquz fərqli qrupa bölünür və hər qrupun özünəməxsus xüsusiyyəti var.
1, 10, 19 və 28-də doğulanlar – yeni başlanğıcların gücü
Bu tarixlərdə dünyaya gələnlərin yeniliklərə açıq, təşəbbüskar və cəsarətli olduqları bildirilir. Onların əsas üstünlüyü çətinliklərdən sonra yenidən başlamaq və başqalarına da dəyişiklik etmək üçün motivasiya verməkdir.
2, 11, 20 və 29-da doğulanlar – insanları birləşdirmək bacarığı
Bu qrupa daxil olanlar empatiya və ünsiyyət qabiliyyəti ilə fərqləndirilir. Onların ətrafdakı insanlara özlərini dəyərli hiss etdirmək, münasibətlərdə istilik və qarşılıqlı anlaşma yaratmaq istedadına malik olduğu iddia edilir.
3, 12, 21 və 30-da doğulanlar – yaradıcılıq
Bu tarixlərdə doğulanlar yaradıcı düşüncə, sənət və özünüifadə qabiliyyəti ilə əlaqələndirilir. Onların yumor, danışıq və müxtəlif yaradıcı fəaliyyətlər vasitəsilə ətrafdakı insanların həyatına rəng qatdığı vurğulanır.
4, 13, 22 və 31-də doğulanlar – möhkəm təməl yaratmaq
Bu insanların səbirli, iradəli və məqsədyönlü olduğu bildirilir. Onlar böyük planları mərhələli şəkildə həyata keçirmək, uzunmüddətli nəticələr əldə etmək və sabitlik yaratmaq bacarığı ilə fərqləndirilir.
5, 14 və 23-də doğulanlar – dəyişikliklərə uyğunlaşmaq
Bu qrupun nümayəndələri yeniliklərdən çəkinməyən, gözlənilməz vəziyyətlərdə fürsət görməyi bacaran insanlar kimi xarakterizə olunur. Onların əsas üstünlüyü dəyişiklikləri qəbul etmək və başqalarına da bu istiqamətdə cəsarət verməkdir.
6, 15 və 24-də doğulanlar – sevgi və şəfqət
Bu tarixlərdə doğulanların qayğıkeş, mehriban və anlayışlı olduqları qeyd edilir. Onların insanlara dəstək göstərmək, ətraflarında rahat və isti mühit yaratmaq qabiliyyətinin güclü olduğu iddia olunur.
7, 16 və 25-də doğulanlar – güclü intuisiya
Bu qrupa daxil olanlar hadisələrin görünməyən tərəflərini araşdırmağa meyilli insanlar kimi təqdim edilir. Onların daxili hisslərinə güvəndikləri, detallara diqqət yetirdikləri və hadisələrin arxasındakı mənanı anlamağa çalışdıqları bildirilir.
8, 17 və 26-da doğulanlar – arzuları gerçəkləşdirmək
Numeroloji yozumlara görə, bu tarixlərdə dünyaya gələnlər böyük hədəflər müəyyənləşdirmək və onları həyata keçirmək qabiliyyəti ilə seçilirlər. Onların əzmkarlığı və qətiyyəti xəyalları real nəticələrə çevirməyə kömək edir.
9, 18 və 27-də doğulanlar – ilham vermək
Bu tarixlərdə doğulanların başqalarına ümid aşılamaq, onları ruhlandırmaq və yeni perspektivlər göstərmək istedadına malik olduğu vurğulanır. Onların müdrikliyi, mərhəməti və əhəmiyyətli məsələlərə həssas yanaşması əsas xüsusiyyətlər kimi göstərilir.
Qeyd edək ki, numerologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil. Bu cür yanaşmalar qədim inanclara və simvolik yozumlara əsaslanır, buna görə də təqdim olunan xarakteristikalar elmi fakt deyil, əyləncə xarakterli şərhlər kimi qəbul edilməlidir.
Samir


