TEXNO
22:26 / 04.10.2021
535

Çökmə növbəsi “TikTok”a çatdı

“TikTok” da öz növbəsində dünyanən ən böyük sosial şəbəkə tətbiqlərində yaranan problemdən kənarda qalmayıb.

Belə ki, Çinin ən nəhəng sosial şəbəkə tətbiqini istifadə edən insanlar bu sosial şəbəkənin fəaliyyətində də fasilələrin yarandığını qeyd ediblər.

Xidmət istifadəçilərinin yarıdan çoxu (51 faizi) tətbiqə daxil ola bilmədiklərindən şikayətləniblər. 

Digərləri isə mesaj göndərməkdə çətinlik çəkdiklərini, eyni zamanda serverlə əlaqədə fasiləllərin olduğunu qeyd edirlər.

1
oxu.az