İnternetdə dağıdıcı və təhlükəli məzmunun yayılmasının qarşısını almaq üçün anonimlik imkanlarının aradan qaldırılması təklif olunur. Rusiya Rəqəmsal İqtisadiyyatın İnkişafı Fondunun Müşahidə Şurasının rəhbəri German Klimenkonun fikrincə, istifadəçilərin kimliklərini gizlədərək paylaşım etməsi bu cür materialların yayılmasına şərait yaradır.
HİT.az xəbər verir ki, mütəxəssis bu barədə NSN-in mətbuat mərkəzində çıxışı zamanı danışıb.
Klimenko hesab edir ki, internetdə anonimlik aradan qaldırılarsa, zərərli məzmun yayan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması asanlaşar. Onun sözlərinə görə, anonimlik səviyyəsinin yüksək olduğu ölkələrdə bu problemlə daha çox qarşılaşılır.
Bununla belə, ekspert Şimali Koreyanın tətbiq etdiyi internet məhdudiyyətlərini nümunə götürməyi təklif etmədiyini vurğulayıb. O, mövcud qaydalardan daha sərt tənzimləmə mexanizmlərinin tətbiqini zəruri sayır. Klimenko fikrini əsaslandırarkən anonim profillər və VPN vasitəsilə fəaliyyət göstərən, xüsusilə yeniyetmələr üçün təhlükə yaradan “Mavi balina” qruplarını misal çəkib.
Samir


