22:13 / 20.10.2021
138

Bəzi ölkələrdə instaqramın işində problemlər yarandı

Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətdəki nasazlıqlardan şikayət edirlər.

Hit.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” veb saytı məlumat yayıb.

Problemlərdən əsasən ABŞ, Kanada və Rusiyadan olan istifadəçilər şikayət edir.

İstifadəçilərin 41%-i tətbiqin işindən şikayət edir, 37%-i sosial şəbəkələrdə məlumat göndərə bilmir, digər 22%-i məzmun yükləməkdə çətinlik çəkir.

0