TEXNO
15:58 / 26.10.2021
415

“Mall”ların önündəki növbələrə son! - VİDEO

“Mall”da yarım saatlıq işim olacaq deyə, bir saat növbədə gözləməliyəm?!” - Vətəndaşlar COVID-19 pasportunun yoxlanılması zamanı uzun növbələrdən yorulduqlarını buna bənzər tərzdə ifadə edirlər. Bəs bu əngəl nə vaxt həllini tapacaq?

Artıq narahatlığa ehtiyac yoxdur! Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən obyektə rahatlıqla daxil ola biləcəksiniz. Daim təkmilləşən “e-Təbib”in yeni “e-Təbib Pro” versiyası ilə uzun növbələrdə gözləməyi unudun. 

“e-Təbib Pro” hüquqi şəxslər, dövlət qurumları, ticarət mərkəzləri və s. üçün nəzərdə tutulmuş proqram təminatıdır. İndi vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsini MRZ (machine-readable zone) aparatından keçirməklə ictimai-iaşə və bu kimi digər mərkəzlərə rahat və çevik daxil ola biləcəklər. Qeyd edək ki, digər alternativ tətbiqlərdən fərqli olaraq, “e-Təbib” tətbiqini hər bir vətəndaş asanlıqla yükləyə bilər. Bir ildən artıqdır çoxfunksionallığı və rahatlığı ilə seçilən “e-Təbib” istifadəçilərin rəğbətini qazanıb. 

Tətbiqi unikal edən əsas 4 amil isə bunlardır. 

1) Sertifikat əldə etmək imkanı (vaksin, əks göstəriş, immunitet); 
2) Laboratoriya analizləri;
3) Sağlamlıq statusu;
4) Randevu-vaksinasiya-onlayn növbə “e-Təbib” tətbiqinin köməyi ilə bir toxunuşla koronavirus əleyhinə qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər əldə etmək mümkündür. 

İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “e-Tabib” və ya “e-Təbib” yazaraq smartfonunuza endirin. 

Android:

//play.google.com/store/apps/details?id=az.gov.etabib

//apps.apple.com/az/app/e-tabib/id1514777201

1