TEXNO
13:57 / 05.05.2022
1083

"WhatsApp" daha bir YENİLİK

"WhatsApp" daha bir istifadəyə yararlı funksiyasını təqdim edəcək.

HİT.az xəbər verir ki, ünsiyyət proqramı "WhatsApp” mesaj bölməsindən statusları izləmə funksiyasını sınaqdan keçirir.

"WhatsApp” ötən gün ortaya çıxan məlumatlara görə statuslara tez reaksiya vermə qabiliyyətini sınamağa başlayıb. Test mərhələsində olan mesaj siyahısından statusun izlənməsi funksiyası WABetainfo-da görünüb.

Beləliklə, "WhatsApp” istifadəçilərə mesaj siyahısındakı şəxslərin profil şəklinə klikləməklə status paylaşan istifadəçilərin yazılarını görmək imkanı verəcək. Bu faydalı xüsusiyyət yaxından ünsiyyət quran istifadəçilərə bir-birini izləməyə imkan verəcək. "WhatsApp” və "İnstagram” platformaları eyni şirkət olan Meta ilə bağlıdır.
 

Qeyd edək ki, bu funksiya uzun müddətdir ki, İnstagram-da da istifadə olunur. //azxeber

0