“WhatsApp”dan yeni funksiya: Mesajlara tez cavab...

TEXNO
20:40 / 12.05.2022
3712

“WhatsApp” messenceri tezliklə mesajlara tez cavab vermək funksiyasını təqdim edəcək. 

Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo”  portalı məlumat yayıb. 

“WhatsApp Web”də hər mesajın yanında sürətli cavab düyməsi əlavə olunacaq. Bu düymənin üzərinə klikləməklə istifadəçi dərhal mesaj yazıb qarşı tərəfə göndərə biləcək. 

Xatırladaq ki, hazırda bu funksiya telefonlar üçün mövcuddur. Amma “WhatsApp Web”də bildiriş bölməsindən mesajı sürüşdürməklə cavab yazılır.  

Tətbiq edilən yenilik “Whatsapp” 2.2218.0 Beta versiyası üçün nəzərdə tutulub. 

0