"Whatsapp"dan hamının gözlədiyi funksiya: Artıq göndərilən foto və videolara...

TEXNO
00:27 / 07.12.2022
3643

"Whatsapp" növbəti özəlliyini təqdim etməyə hazırlaşır.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Məlumata görə, bildirilib ki, yaxın vaxtlarda "messenger"in tək baxışlı mesajlar funksiyası istifadəyə veriləcək.
 
Bu yenilikdə göndəriləcək mətnli mesajlar, fotolar və ya videolara yalnız bir dəfə baxmaq mümkün olacaq. 

Bundan əlavə, qarşı tərəf ona göndərilən mesajları yadda saxlamaq, başqa birinə göndərmək və ya onun fotosunu çəkə bilməyəcək.

Qeyd edək ki, hazırda həmin funksiya "Android" əməliyyat sistemi ilə çalışan cihazlarda test edilir.

0