Yeni "Apple Watch" modelləri pərəstişkarları məyus edəcək

TEXNO
22:56 / 27.07.2026
47

“Apple”ın 2026-cı ilin payızında təqdim edəcəyi yeni “Apple Watch Series 12” və “Watch Ultra 4” modelləri innovativ funksiyalar və nəzərəçarpacaq dizayn dəyişiklikləri olmadan, mövcud seriyaların kiçik yenilənməsi olacaq. 

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinin nüfuzlu jurnalisti Mark Qurman məlumat verib.

Qurmanın məlumatına görə, hər iki model xarici görünüş baxımından hazırkı “Series 11” və “Ultra 3” modelləri ilə demək olar ki, eyni olacaq. Mənbə həmçinin əvvəllər yayılan şayiələrə baxmayaraq, “Touch ID” funksiyasının təqdim edilməsini gözləmir.

Əsas yeniliklər arasında “S10” çipini əvəz edəcək daha məhsuldar yeni nəsil prosessor, eləcə də sağlamlıq və fiziki aktivliyin izlənməsi funksiyalarının təkmilləşdirilməsi olacaq. Bu, 2023-cü ildən sonra saatların işləmə sürəti ilə bağlı ilk ciddi yenilənmə sayılacaq.

Eyni zamanda, büdcə seqmentinə aid “Apple Watch SE” seriyasının bu il yenilənməsi planlaşdırılmır. Səbəb isə sadədir: üçüncü nəsil model yalnız ötən il təqdim edilib. Buna görə də “Apple”ın adətən 2-3 ildən bir həyata keçirdiyi yenilənmə dövrünü qoruyacağı gözlənilir.

Saatların tamamilə yeni dizaynla təqdim olunacağını gözləyən istifadəçilər səbir etməli olacaqlar. Qurmanın sözlərinə görə, “Apple Watch”un xarici görünüşündə genişmiqyaslı dəyişikliklər ən tez 2027-ci ildə gözlənilir, bəzi mənbələr isə bu yenilənmənin 2028-ci ilə təxirə salına biləcəyini hesab edir.

Bundan əlavə, “Apple” hələ də qanda şəkər səviyyəsini müəyyən edən funksiyanın hazırlanması üzərində işləyir və bu texnologiyanı 2030-cu ilə qədər tətbiq etməyi planlaşdırır.

“Apple Watch 11”dən daha uzun işləyən 4 ağıllı saat: bir həftə enerji yığmadan istifadə imkanı

Çin ehtiyat hissələrindən “Apple Watch” yığan şəxs gözlənilməz nəticə əldə edib

Samir
 

0