Avropanın ən populyar avtomobili bəlli oldu - SİYAHI

AVTO
16:16 / 26.10.2026
64

2026-cı ilin ilk doqquz ayında Avropada yeni avtomobillərin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb. Renault Clio ən çox satılan model olaraq qalsa da, Tesla Model Y sürətlə irəliləyərək liderliyə əsas namizədlərdən birinə çevrilib.

HİT.az xəbər verir ki, bu barədə Focus2Move nəşrinin avtomobil bazarı ilə bağlı hesabatında bildirilir.

Məlumata görə, yanvar-sentyabr aylarında Avropada 12 milyon 752 min 299 yeni avtomobil satılıb. Bazarın böyüməsində elektrik avtomobilləri və şarj edilə bilən hibridlərin payı diqqət çəkib. Avqust ayına qədər bu kateqoriyalar üzrə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz artaraq 2 milyon 346 min 838 ədədə çatıb.

Renault Clio satışlarda birinci yerdə olsa da, modelə tələbat 9,2 faiz azalıb. Əksinə, Tesla Model Y-nin satışları 33,7 faiz artıb. Bu nəticə elektrik krossoverinin ikinci pilləyə yüksəlməsinə imkan verib.

Avropada ən çox satılan 25 avtomobil modeli

2026-cı ilin ilk doqquz ayının nəticələrinə əsasən, ən populyar modellər və satış dəyişiklikləri belədir:

1. Renault Clio — 9,2% azalma
2. Tesla Model Y — 33,7% artım
3. Dacia Sandero — 13,1% azalma
4. Volkswagen T-Roc — 12,5% azalma
5. Volkswagen Golf — 0,8% azalma
6. Volkswagen Tiguan — 3,8% azalma
7. Opel Corsa — 6,9% azalma
8. Citroën C3 — 0,3% azalma
9. Toyota Corolla — 2,3% artım
10. Peugeot 2008 — 0,3% azalma
11. Škoda Octavia — 4,1% azalma
12. Hyundai Tucson — 1,4% artım
13. Peugeot 208 — 5,5% artım
14. Toyota Yaris — 5% azalma
15. Nissan Qashqai — 1,7% azalma
16. Toyota Yaris Cross — 6,5% artım
17. BMW X1 — 3,6% artım
18. Kia Sportage — 4,5% azalma
19. Ford Puma — 7,5% azalma
20. Dacia Duster — 22,1% azalma
21. Fiat Panda — 7,8% artım
22. Peugeot 3008 — 0,8% azalma
23. Renault Captur — 4,9% azalma
24. MG ZS — 9,8% artım
25. Mercedes-Benz GLC — 22,9% artım

Reytinq göstərir ki, ümumi bazarda artım olsa da, ənənəvi bestsellerlərin əksəriyyətində satışlar azalıb. Tesla Model Y isə yüksəlişini davam etdirərək Avropa avtomobil bazarında rəqabəti gücləndirib.

Samir

0