Kiçik ada dövlətlərinə Azərbaycanın dəstəyi

COP29
18:20 / 15.11.2024
516

“Kiçik ada dövlətləri üzləşdiyi problemlərin qarşısında aciz qalır. Fransa və Niderlandın indiyə qədər dünyanın müxtəlif yerlərində müstəmləkə saxlaması doğru deyil. Müstəmləkəçilik XXI əsrin ruhuna uyğun deyil”. 

Bu sözləri Hit.az-a millət vəkili Aydın Mirzəzadə deyib. 

O bildirib ki, kiçik ada dövlətləri illərdir çıxılmaz vəziyyətdədir. Orda müxtəlif formada təbiətə zərbə vuracaq təcrübələrin keçirilməsi həmin dövlətlərin mövcudluğunu, taleyini sual altında qoyur: 

“Cənab Prezident  İlham Əliyev dövlətlərinin problemlərini gündəmə gətirdi. COP29 platformasında Azərbaycan Prezidentinin çağırışı dünyada eşidiləcək, beynəlxalq təşkilatlar, böyük dövlətlər buna lazımi reaksiya verəcək”.

Sevinc

0