Süleyman Soylunun anası koronavirusdan vəfat etdi

DÜNYA
13:43 / 13.03.2021
677

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun koronavirusdan müalicə alan anası Servet Soylu dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Qeyd olunub ki, S. Soylu yanvarda “COVID- 19” diaqnozu ilə xəstəxanaya aparılıb, daha sonra vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib.

0