Sarkisyanla Paşinyanın görüşü oldu

DÜNYA
18:19 / 13.03.2021
1003

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Görüş Sarkisyanın siyasi qüvvələrlə müzakirələr aparmaq təşəbbüsü çərçivəsində baş tutub.

Sarkisyanla Paşinyan ölkədə gərniləşən vəziyyəti, problemləri həll etmək və siyasi böhrandan çıxmağın yollarını müzakirə ediblər. Bu kontekstdə həll yolu olaraq erkən parlament seçkilərinin keçirilməsi məsələsinə toxunulub.

0
“Qafqazinfo”