Ordumuzun Qarabağda vurduğu general ilk dəfə üzə çıxdı

17:56 / 26.03.2021
1456

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan nazirliyin Hərbi Nəzarət Xidmətinə baş çəkib.
 
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, xidmətin rəisi, general-leytenant Cəlal Arutunyanla da görüşüb.

Xatırtladaq ki, Cəlal Arutunyan Qarabağda sonuncu hərbi əməliyyatlar zamanı qondarma “Qarabağ ordusunun müdafiə naziri” vəzifəsini icra edirdi. O, 2020-ci ilin oktyabrında Azərbaycana məxsus hərbi dronun zərbəsinsdən sonra ağır yaralanmışdı.
 
Arutunyan yaralandıqdan sonra ilk dəfə ictimaiyyət önünə çıxıb.

0