Misirdə sərnişin qatarları toqquşdu: 32 ölü, 108 yaralı

21:25 / 26.03.2021
703

Misirin cənubunda iki sərnişin qatarı toqquşub.

HİT.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə Qahirənin cənubundakı Sohaq əyalətində baş verib. Qəza nəticəsində 32 nəfər həlak olub və ən azı 66 nəfər xəsarət alıb.

***

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

0